İlham Əliyevin 2025-dək komandasında kimlər olmayacaq? - sirli xəritə FİA.Az-da...

İlham Əliyevin 2025-dək komandasında kimlər olmayacaq?
Prezident İlham Əliyevin “ağ inqilab” siyasəti 2025-ci ilə qədər komandanı tamamilə dəyişməyi hədəfləyib

FİA.Az-a mötəbər qaynaqlardan sızan məlumatlarda iddia olunur ki,
Nazirlər Kabinetinin tərkibində təsdiqlənən köhnə nazirlər 7 il ərzində əvəzlənəcəklər.

İ.Əliyevin yeni strategiyası xalq-iqtidar münasibətlərində aşağıların şikayətlərini sıfıra endirməkdir.

Səlim Müslümov, Heydər Əsədov, Aydın Əliyev və Firudin Nəbiyev timsalında mesaj verildi ki, vətəndaşların narazılıq etdii qurumlarda dəyişikliklər qaçılmazdır.

Eləcə də Hüseynqulu Bağırov, Fazil Məmmədov əhalinin narazı qaldığı nazirlər idilər. Prezident artıq ona şikayətlər gəlməsini istəmir. Bunun üçün sağlam və etibarlı kadrlar irəli çəkilməlidir.

Şöbələrdə, idarələrdə, “VTEK”lərdə və s. kiçik qurumlarda rüşvətxorluq hallarının ümumulikdə iqtidarın ayağına yazılması prezidenti qəzəbləndirib.
Dövlət başçısı onları vəzifəyə təyin edərkən camaatdan qəpik-quruş, dilənçilik edib pul yığın tapşırığı vermir.

Məgər hansısa nazir və yaxud icra başçısı şəffaf fəaliyyət göstərsə, prezident əleyhinə çıxacaq? - Yox. Ona görə də hakimiyyətin reputasiyasına ziyan vuran bu hallar aradan qaldırılmalıdır.

Azərbaycan nefti olan dövlətdir və iqtisadiyyatında qeyri-neft sektoru da artıq inkişafa qədəm qoyub. Bu halda vətəndaşlardan rüşvət alınması, incidilməsi artıq hakimiyyətin adına utanc gətirir.

FİA.Az xəbər verir ki, bu seçkidən sonra möhlət əldə edən bəzi nazirlər üçün sınaq müddəti başladı.

Prezident heç də onlara sona qədər etimad göstərmədi. Növbəti xəta həmin nazirlərin işdən azad olunması ilə nəticələnə bilər.

Məsələn, son zamanlarda vəziyyəti heç də yaxşı olmayan fövqəladə hallar naziri Kamaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank sədri Elman Rüstəmov, səhiyyə naziri Oqtay Şirəliyev imtahan qarşısındadırlar.

O cümlədən Əmlak Komitəsi sədri Kərəm Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, Gömrük Komitəsi sədri Səfər Mehdiyev, Baş Dəmiryol İdarəsi rəisi Cavid Qurbanov qarşıdakı dövrdə özlərini isbat etməlidirlər. Prezident artıq ona xalqla problem yaradan məmurları yanında görmək istəmir.

Prezident Əliyev çoxu əski kommunist və komsomol nomenklaturasından gələn yaşlı kadrlarla vidalaşmağa, islahatlar aparmağa, ölkənin ictimai-siyasi həyatına, dövlət idarəetməsinə Avropa təhsilli, gənc, enerjili, yeni baxışlı gənclər hesabına “təzə nəfəs” gətirməyə dəfələrlə çağırılıb.

Onun özü də bu kursun vacibliyini, gənclərə daha geniş meydan vermək zərurətini bir neçə dəfə vurğulayıb.

Amma bəri başdan bəlli idi ki, hakim komandada bir sıçrayışla kütləvi təmizləmə aparmaq heç də asan məsələ deyil; bunun əks-effekti ola bilərdi, özü də təhlükəli formada.

Onlarla iri məmuru, özü də artıq oliqarxlaşmış, zənginləşmiş, necə deyərlər, kök-budaq atmış məmuru bir təkanla işdən çıxarmaq hakim komandanı titrətməyə salardı.

Onların hər birinin görəvdən alınmasına ayrıca səbəb (bəhanə, əsas) tapmaq problemindən əlavə “istirahətə” göndəriləcək həmin qocaların hakimiyyətdən rəncidə olması, nəticədə necə deyərlər, “başqa yola” sapması ehtimalı da arzuolunmaz sonluq olardı.

Fia.Az

Oxunub: 7 122





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69