Qalmaqala daha bir deputat qoşuldu: Xudu Məmmədovu kim öldürüb? - tarixçə...

Xudu Məmmədovu kim öldürüb?
Deputat Araz Əlizadə qardaşı Zərdüşt Əlizadə ilə millət vəkili Fəzail Ağamalı arasındakı qalmaqala qarışıb

FİA.Az xəbər verir ki,
A.Əlizadə deputat həmkarını yalançılıqda suçlayıb.

"Fəzail Ağamalı mənim deputat həmkarımdır, lakin o özünü hərdən baron Münhauzen kimi aparır, nağıl danışır”.

"Yəni demək istəyirsiniz ki, Xudu Məmmədovun ölümündə Zərdüş Əlizadənin günahı olmayıb” sualına isə o, "əlbəttə olmayıb” deyə cavab verib.

Karl Fridrix İeronim fon Münhauzen almaniyalı barondur. O, 1700-cü illərdə yaşayıb və hekayə danışan bədii personaj kimi tarixə düşüb.

Münhaüzen sözü maraqlı, qeyri-adi nağıllar danışan adam mənasında işlədilir.

Deputat Fəzail Ağamalı politoloq Zərdüşt Əlizadəni Xudu Məmmədovu öldürməkdə ittiham edib.

O bildirib ki, Z. Əlizadə X. Məmmədovu əsəbiləşdirib, buna görə də o, infarkt keçirib ölüb. Z. Əlizadə isə F. Ağamalını təxribatçı adlandırıb.

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub.

Elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru olub.

Milli Azadlıq Qərargahı təşkilatının qurucularından olan Xudu Məmmədov Britaniya Kral Akademiyasının fəxri üzvü idi.

1967-ci ildə "Şərəf nişanı", 1986-cı ildə "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. 1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.

FİA.Az xəbər verir ki, dünyanın elm nəhəngi ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz tapa bilməyən rus akademikinin fikrinə belə qüvvət verib:

“Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!”

Beləliklə, Xudu Məmmədov 25 yaşında böyük alim titulu verdilər. Xudu Məmmədovun kristalloqrafiyadakı böyük kəşfindən sonra Sovet İttifaqında süni almaz, yaqut, rubin, zümrüd, füruzə, yaşma, sürmə və digər qiymətli daşlar alınmasıyla ölkəyə milyardlarla gəlir gətirilmişdi.

Buna görə də nəhəng alimə kimya üzrə Nobel mükafatına təqdimatı haqqında söz-söhbət gəzməyə başladı. Lakin bəzilərinin qısqanclığı onun mükafata təqdim olunmasının qarşısına sədd çəkdi.

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi.

Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb.

Xudu Məmmədov Azərbaycan tarixində tək elm sahəsində yox, ictimai-siyasi hadisələrdə də izi qalan bir şəxsiyyətdir. O 1969-cu ildə Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olur.

Bununla da Azərbaycanda milli azadlıq ruhunun inkişafına təkan verir. Sonrakı illərdə gənc tələbələrə bu istiqamətdə gizli məkanda təbliğat aparılırdı.

1988-ci il oktyabrın 15-də yenicə formalaşmaqda olan Azərbaycan Xalq Cəbhəsinin Üzeyir Hacıbəyovun ev muzeyində təşkil edilmiş toplantı keçirilirdi.

Həmin görüşdə yaranmış vəziyyəti müzakirə edərkən Xudu Məmmədovun ürəyi qəfildən dayanır. Bu gözlənilməz ölüm idi. Onun məsləkdaşları bu ölümdən çox sarsılırlar.

Az sonra Bakıda izdihamlı mitinqlər başlayıb. Bu mitinqlər və etiraz dalğaları təkcə Azərbaycanın Rusiya müstəmləkəsindən qurtarmasına yol açmır.
Bu Xudu Məmmədov cismən sağ olmasa da, ruhu səpdiyi azadlıq toxumlarının cücərtisini görürdü.

Fia.Az

Oxunub: 1 422





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69