Əli Kərimlinin dissident etdiyi dələduz müxalifəti qırdırır - Qalmaqal

Əli Kərimlinin dissident etdiyi dələduz müxalifəti qırdırır
Kanadada yaşayan Sahib Teymurov adlı şəxsin Mili Şura üzvü olan hüquq müdafiə təşkilatı rəhbəri Oqtay Gülalıyev tərəfindən siyasi mühacir siyahısına salınması qalmaqala səbəb olub

FİA.Az xəbər verir ki,
Müsavatın başqan müavini Yadigar Sadıqovun barəsində müxtəlif sözlər işlədən S.Teymurova onun cavabı etirazla qarşılanıb və cəbhəçilərlə müsavatçıların qırğını başlayıb.

İşə qarışan Mətanət Əzizova yazıb: "Oktay Gülalıyevi qınayıram. Bu sözləri yazmağa ərkim çatır. Sahib Teymurov adlı dələduzu vətəndaş cəmiyyətinə, müxalifətə soxuşdurub.

Hüquq müdafiəçiliyinin əsas prinsiplərini pozmaqla, məlumatı yoxlamadan Teymurovu beynəlxalq təşkilatlara, xarici KİV-lərə onu hakimiyyətin qurbanı kimi təqdim etdi.

Bir də bütün məsuliyyətlə yazıram. Qadın Krizis Mərkəzi Bakıda fəaliyyət göstərəndə Elnarə adlı HIV daşıyıcısı özü Sahib Teymurov haqda məlumat vermişdi.

Demişdi ki, o, Teymurova kliyentlərin tel nömrəsini verir və Teymurov onlardan şantaj yolu ilə pul alır.

Bu dələduzluğa görə həbs də olunub. Həbsdən sonra Avropada sığınacaq almaq istəyib ancaq ala bilməyib, rədd cavabları olub.

Indi isə eşidirəm ki Teymurov Kanadada oturum alıb və ya almağa hazırlaşır və dəstək məktubları, qurban kimi onu qələmə vermək bu sirf Oktay Gulaliyevin səyi nəticəsindədir".

Oktay Gülalıyev Y.Sadıqova cavab verib: "Yadigar bəy, mən sizi savadlı və təcrübəli şəxs kimi tanıyıram.

Siz nədən görmədiyiniz, mövcudluğuna əmin olmadığını "siyahı" barədə kimlərinsə yazdığı "məsələlərə" əsasən fikir yürüdürsünüz?

Sahib Teymurovun yaydığı bir video - rolikə və ordakı fikirlərinə görə onun bütün qohumlarını Bərdədə polisə aparıb təhdid ediblər, onunla qohumluqdan imtinaya məcbur ediblər.

Qardaşı Tahir Teymurovu narkotika ittihamı ilə şərləyib həbs ediblər. Niyə biz bu qanunsuz, vandalizm hərəkətlərini görməzlikdən gəlməliyik?

Siz ki, keçmiş siyasi məhbus olmusunuz. Belə şeyləri yaxşı bilirsiniz. O ki, qaldı təhqir məsələsinə, kimliyindən asılı olmayaraq qeyri - etik hərəkətləri və sözləri təbii ki, düzgün hesab etmirəm".

FİA.Az yazır ki, AXCP sədri Əli Kərimli növbəti dəfə bütün imkanlarını səfərbər edərək daha bir antimilli ünsürün - Sahib Teymurovun müdafiəsinə başlayıb.

"İki sahil" qəzeti yazıb ki, Əli Kərimlinin apardığı bu növbəti piar kampaniyasının arxasında dayanan səbələr isə YAP Gənclər Birliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində açıqlanıb.

Belə ki birincisi, Avropadakı bəzi təşkilatlar “insan hüquqları” ilə bağlı qrant müsabiqəsi elan ediblər. Söhbət 150 min avrodan gedir.

Bu müsabiqədə iştirak üçün Əli Kərimlinin imzası və möhürü ilə təsdiqlənmiş arayışla Kanadada “siyasi qaçqın” statusu alan Sahib Teymurov gəlirli layihə obyekti ola bilər.

İkincisi, Sahib Teymurovla Əli Kərimlinin “mühacir” biznesinə nəzarət edən adamları arasında danışıqlar olub və Sahib Teymurov Əli Kərimlinin hesabına piar üçün 15 min dollar köçürmək öhdəliçiliyi götürüb.

Elə isə Sahib Teymurov kimdir? S.Teymurov “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəridir.

Müəyyən müddət Azərbaycanda bu sahədə fəaliyyət göstərib. Lakin adı hər zaman dələduzluqda və şər-böhtan atmaqda hallanıb.

Bir neçə il əvvəl o, Elnarə adlı kimsəsiz bir qızdan istifadə etməyə başlayıb. Məlum olub ki, 10 yaşından pozğun həyat tərzi keçirən Elnarə QİÇS xəstəliyinə tutulub.

Özünü hüquq müdaifəçisi və jurnalist kimi təqdim edən Sahib Teymurov qızın əlaqədə olduğu 30-dək kişinin telefon nömrələrini götürərək onları mətbuatda şantaj edəcəyi ilə hədələyib və külli miqdarda pul tələb edib.

Sahib, eyni zamanda, Elnarənin yaşadığı uşaq evləri və internatların direktorlarından da böyük məbləğdə rüşvət istəyib.

Şəki Qarışıq tipli Uşaq evi rəhbərliyi azyaşlı uşağın taleyi ilə oynayan Sahib Teymurovdan polisə şikayət edib.

Bu tipli əməllərinə görə dələduz bir neçə il həbsdə yatıb. Həbsdən çıxdıqdan sonra yenidən köhnə əməllərinə qurşanıb, şər-böhtan və şantajla məşğul olub, hətta uşaq alverinə girişib.

Şikayətlərin sayının artmasından və yenidən həbs olunma təhlükəsindən qorxuya düşən fırıldaqçı bu dəfə ölkədən qaçmağa və Əli Kərimlinin köməyi ilə Kanadada oturum almağa müvəffəq olub.

Fia.Az

Oxunub: 1 022





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69