Firudin Nəbiyev qandallana bilər: Miqrasiya Xidmətində təftiş - Sensasiya!!!

Miqrasiya Xidmətində təftiş
Rüşvətxorluğa son qoyulmalıdır

FİA.Az xəbər verir ki,
Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev açıq və lakonik danışdı

PA rəhbəri Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən Azərbaycanın qapısının şəffaflığının vacibliyini xüsusi qeyd etdi.

Bu, Firudin Nəbiyevin postuna təyin olunan V.Hüseynova və ümumilikdə Nazirlər Kabinetinin tərkibində yeni yer alan məmurlara mesaj idi.

R.Mehdiyevin həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun fəaliyyətsizliyini, ayrılan maliyyənin ünvanına çatmamasını söyləməsi xələfi Fuad Muradov qarşısında ciddi öhdəliklər qoyur.

Ölkənin siyasi rəhbərliyinin bu iki qurumun keçmiş rəhbərliyindən narazı qalması, dövlət başçısının tapşırıqlarını R.Mehdiyevin yeni sədrlərə çatdırması diaspor və miqrasiya sektorlarında ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağını deməyə əsas verir. İndi V.Hüseynov və F.Muradovun üzərində kifayət qədər ciddi öhdəliklər var.

İllərlə diaspor təşkilatlarının, əsasən də Avropada fəaliyyət göstərənlərin kosmetik tədbirləri, ölkəmiz əleyhinə aparılan kampaniyalara qarşı tutarlı iş görə bilməmələri büdcədən ayrılan vəsaitlərin silinməsi ilə müşayiət olunub.

Azərbaycanla bağlı bəzi Qərb KİV-lərində qərəzli yazılara diaspor təşkilatları tərəfindən tutarlı cavab verilməyib, Avropada piketlər, aksiyalar təşkil olunmayıb, Qarabağın işğalı və digər milli məsələlərlə bağlı N.İbrahimovun dövründə komitə tərəfindən hər hansı ciddi layihələr həyata keçirilməyib.

O baxımdan komitəyə gətirilən yeni sədr F.Muradov bu sahədə köklü işlər reallaşdırmalı, diaspor işini dinamik, çevik qurmalıdır.

Eyni sözləri DMX-nin yeni rəisi V.Hüseynov barəsində də söyləmək olar. Dövlət rəhbərliyinin ondan gözləntisi miqrasiya xidmətində rüşvətxorluq, ələbaxımlılıq, qeyri-qanuni işlərin aradan qaldırılmasına müvəffəq olmasıdır.

F.Nəbiyevin dövründə tətbiq etdiyi “sistem” nəinki milyonlarla soydaşımızı, o cümlədən Azərbaycana sərmayə qoyan əcnəbi iş adamlarını da təngə gətimişdi.

Hətta 20 l əvvəl Azərbaycan vətəndaşı ilə ailə quran, rəsmi nigaha daxil olan əksər gürcüstanlı soydaşlarımız ya boşanmaya, ya da geri dönməyə məcbur qalıblar. Həmçinin, turistlər də vətəndaşlarımız kimi bürokratik əngəllərlə qarşılaşırlar.

FİA.Az xəbər verir ki, R.Mehdiyevin DMX-də rüşvətə son qoymağa çağırışı F.Nəbiyevin barəsində cinayət işi açılmasını zəruri edə bilər.

DMX-də araşdırmalar aparıldığı və təftiş getdiyi bildirilir. F.Nəbiyevin qandallanması belə gözləniləndir. R.Mehdiyevin sərt çıxışı da keçmiş DMX rəisinin vəziyyətini gərginləşdirib.

Mediada gedən xəbərə nəzər salaq: “Hələlik diqqətinizi elektron viza ilə bağlı məqsədli tətbiq edilən pöroblemə çəkim.

Baxın, bu sistemlə Azərbaycana gəlmək istəyən turist və ya istənilən əcnəbi yalnız 1 aylıq viza ala bilər.

Çox maraqlıdır, niyə bu sistemlə 2 və ya 3 aylıq viza almaq olmur? Düzdür, Nəbiyev deyə bilər ki, bu, ondan aslı deyil.

Yaxşı, o zaman ona sual verən lazımdır ki, bəs bu sistemlə bağlı layihəni, təklifləri, yekun müddəaları kim hazırlayıb, kim hökumətə təqdim edib? Və niyə bir aydan çox ölkədə qalmaq istəyən əcnəbidən əlavə sənədlər tələb olunur?

Özü də Azərbaycana gəldikdən sonra. Biz bu tip məhdudiyyətlərlə bura uzun müddətli turist axını cəlb edə bilərikmi?!”

Dövlət Miqrasiya Xidmətindəki problemlər ayrı-ayrı KİV-lərdə müxtəlif vaxtlarda işıqlandırılsa da, bu qurumun rəhbəri tənqidlərdən nəticə çıxarıb fəaliyyətində müsbət dönüş yarada bilmirdi.

Xatırladaq ki, “Reytinq” qəzeti də ötən saylarından birində Miqrasiya Xidmətindəki problemlərdən yazmışdı.

Həmin məqalədə Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin yaxın qohum-əqrəbasını ətrafına toplaması, onların adına təqdimat imzalayıb, təltif etdirməsi ilə bərabər, ölkəyə turist kimi gələnlərə yaradılan süni problemlərdən də bəhs edilirdi.

Bu tənqidi məqalədən iki gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi müşavirdə qeyd edilən problemlərə ümumi toxundu.

Prezident qeyd etdi ki, ölkəyə gələn turistləri müvafiq qurumların rəhbərləri rüşvət almaqdan yana çox incidirlər.

İ. Əliyev bildirdi ki, bəzi hallarda Azərbaycana gələnləri incidirlər, yolda saxlayırlar, onlardan rüşvət tələb olunur, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər:

“Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır.

Ölkəmizin imicinə xələl gətirənlər cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə əsassız müdaxilələr edir, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər.
Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır.

Bu adamlar o qədər özlərinə arxayın olublar ki, “Paşa İnşaat”, “Azersun Holdinq”, “DİA Holdinq”, “Böyükfırat” və digər bu kimi şirkətlərə də hücum edir, əcnəbiləri cərimə adı ilə qorxudur, ölkəmiz haqqında mənfi rəy yaradırdılar.

Fia.Az

Oxunub: 4 941





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69