Zakir Fərəcovun üz qarası Abşeronu silkələyir: prezidentə təxribat - Video

prezidentə təxribat
Məmurlar prezidentin işini ağırlaşdırırlar. Onlar dövlət başçısına kömək etmək əvəzinə vətəndaşlarla iqtidar arasındakı körpüləri yandırmaqla məşğuldurlar

FİA.Az xəbər verir ki,
son aylarda dövlət başçının başına bəla olan və yarıtmaz kadrları bölgələri silkələyən Sumqayıtın icra hakimi Zakir Fərəcovdur.

Onun gənclər şəhərindəki özbaşınalıqları azmış kimi, özünə yaxın Abşeron və Laçın rayonlarına təyin edilən icra başçıları bu iki regionu çalxalayır.

Son həftələrdə Laçının icra hakimi Aqil Nəzərlinin üzündən 3000 sakini olan Taxtakörpü qəsəbəsində zülmün ərşə dirənməsi bir yana indi də Abşeronun xanım başçısı İradə Gülməmmədova aranı qarışdırır.

Z.Fərəcovun kadrları olan hər iki məmur Laçın və Abşeronu viran qoyublar. Son olaraq cəmiyyəti sarsıdan Qarabağ əlilinin İ.Gülməmmədovanın qoçuları tərəfindən döyülməsi və buna etiraz olaraq öz evini yandırması oldu.

Vətən üçün sağlamlığını itirib əlil olan Qarabağ döyüşçüsü Fuad Ələkbərov indi bu torpaqların üstündə daşı daş üstə qoyub özünə yuva tikə bilmir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova tərəfindən göndərilən “qoçu” dəstəsi Qarabağ əlilini intihara çatdırıb.

Ancaq bu, ilk Qarabağ əlili deyil ki, İ.Gülməmmədovanın qəzəbinə tuş gəlməsin. Bir-iki ay qabaq meydan.tv Qarabağ əlili Səyyaf Bayramovun şikayətini çəkmişdi.

Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyirdi.

Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.

Bu iki fakt son bir neçə ay içərisində baş verib. Sanki Abşeron rayon rəhbərliyi Qarabağ əlillərinə qənim kəsilib.

FİA.Az-ın verdiyi məlumatda deyilir ki, Z.Fərəcovun kadrlarının heç biri yaxşı əməlləri ilə gündəmə gəlmirlər.

A.Nəzərli, İ.Gülməmmədova, Salyanın şefi Sevindik Hətəmovun adı tez-tez qanunsuz işlərdə çəkilir. Xüsusən də Abşerona rəhbər gedən xanım başçı Mehriban Əliyevadan nümunə götürmək yerinə qəddar rəhbəri imici qazanıb.

Bu hadisələr bir daha sübut edir ki, Abşeron RİH ev tikintisini alverə çevirib. Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.

Məsələn, bir nümunəni da yada salaq: təkcə, Qarabağ əlilləri deyil, hamının başına bu müsibətin gətirildiyini oxuyaq.

2016-cı ildə Gülyanaq Əsgərova bildirirdi ki, Masazırda torpaq sahəsi alıb, özünə ev tikməyə başlayıb. Tikili yarıya çatanda icra nümayəndəsi peyda olub. Tikinti işlərini dayandırıb, yarımtikilini isə sökdürüb.

“İcra nümayəndəsi gəldi, dedi, “özbaşınasan ki, burda ev tikəsən?” Dedim, “axı, hər sənədim var, icra hakimiyyəti də eskiz layihəmi təsdiqləyib.

Mən baş memara zəng vurdum, dedim, “bəhanə elədiniz ki, möhür yoxdur, onu da vurdurduq. İndi nə istəyirsiniz?”

Dedi, “bilirsiz, orda icranın da haqqı var idi. Onu verməmisiniz. Səhər saat 09:00-da 3 min 500 manat gətirin, söhbət bağlansın”.

Bir sözlə, Z.Fərəcovun kadr kimi məsləhət görüb yerlərdə təyin etdiyi adamları prezidentə qarşı təxribat etməklə məşğuldurlar.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən müsavat.com-a təkzib məktubu göndərilib. Məktubda deyilir:

“11 may 2018-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırmışdır”. RİH-nin mövqeyini dərc etməyə hazırıq.




Fia.Az

Oxunub: 6 369





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69