Fazil Məmmədovun Şəmkirdəki "yadigarı" da vəzifədən alınır - Daha kimlər gedir?

Fazil Məmmədovun Şəmkirdəki "yadigarı" da vəzifədən alınır
Bakının Binəqədi və Gədəbəy rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsinin ardından gözlər sabiq Vergilər Naziri Fazil Məmmədovun digər kadrlarına - Qazax RİH rəhbəri Rəcəb Babaşova və Şəmkirin başçısı Alimpaşa Məmmədova yönəldi

DİA.AZ-a daxil olan məlumata görə, sabiq nazirin adamlarının "vurulması" prosesi davam etdirilir. Mənbənin söylədikləri:

"Bu günlərdə ilkin olaraq Şəmkirdə başçı dəyişdiriləcək, ardından isə sıra Qazax rəhbərliyinə çatacaq".

Mənbə bildirir ki, Fazil Məmmədovun özü də çətin durumdadır. Ona qarşı konkret ittihamlar var.

Fia.Az

Oxunub: 343





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69