Məsciddən pulla dolu seyfi oğurladılar - Rəsmi

Məsciddən pulla dolu seyfi oğurladılar
Naməlum şəxslər Qazaxıstanın Almatı vilayətinin rayonlarından birindəki məsciddən pulla dolu seyfi oğurlayıblar.

Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev xəbər verib. Onun sözlərinə görə, bununla bağlı Kerbulaq rayonunun Daxili İşlər şöbəsinə rayon mərkəzi məscidinin imamı müraciət edib. Naməlum şəxslər müsəlman ibadətgahından içərisində 400 min tenqe(təxm. 1200 dollar) və sənədlər olan seyfi aparıblar. Şübhəlilərin yaxalanmasıyla bağlı axtarış tədbirləri aparılır.(moderator.az)

Fia.Az

Oxunub: 197





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69