Benzinin qiyməti bahalaşdıqca bu maşınların reytinqi də yüksəlir - İlk beşlik...

Benzinin qiyməti bahalaşdıqca bu maşınların reytinqi də yüksəlir
Mütəxəssislər yanacağa qənaət edən TOP-5 avtomobilin reytinqini tərtib edib

Bu gün şirkətlər nisbətən daha az yanacaq sərf edən avtomobil istehsal etməyə çalışırlar.

Mütəxəssialər birinci yerə "Peugeot 208" avtomobilini qoyub. 1,6 litrlik motoru olan bu maşın dizellə çalışır. 43 litr bak tutumu ilə avtomobil 2150 kilometr yol qət edir. Yəni, 100 kilometr məsafəyə 2 litr benzin sərfi.

Vouxhall şirkətinin istehsal etdiyi "Corsa" avtomobili ikinci yerə çıxıb. 1,3 litrlik dizel mühərriki 100 kilometrə 2,6 litr yanacaq sərf edir.

"Kia Rio" üçüncü yerdədir. Qarışıq rejimdə 1,1 litrlik üçsilindirli mühərrik 2,6 litr benzin sərfiyatı edir.

"Şkoda Fabia" da qarışıq rejimdə 1,2 litrlik mühərrikə 3,4 litr dizel sərfi ilə dördüncü yerə çıxıb.

Beşinci yerə qalibin qohumu "Peugeot 308" layiq görülüb. Bu avtomobil də 100 kilometrə 3,5 litr dizel yanacağı işlədir.(moderator.az)

Fia.Az

Oxunub: 243





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69