Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı... - Araşdırma

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...
On illərlə bambaşqa şəraitdə yaşayan qaçqınlardan yeni insan tipləri formalaşır...

Nəsilləri min illərlə eyni coğrafi məkanda yaşamış insan birdən-birə daimi yaşayış yerini dəyişir və öz vətənində olsa belə, başqa bir təbii iqlim və relyef şəraitinə, ekoloji, sosial-iqtisadi mühitə uyğunlaşmalı olur. Ondan törəyən uşaqlar isə artıq körpəlikdən eyni şəraitə adaptasiya olunurlar. Bəzən qaçqın insan yaşayış yerini bir neçə dəfə dəyişməli olduğundan bu proses daha da mürəkkəbləşir.Və bunu bir növ “sürünən soyqırım” adlandırmaq mümkündür. Tarixi yurd yerlərini dəyişmiş, xüsusən dağdan arana köçmüş insanlar hətta rahat şəraitdə yaşasalar belə, qəbul etdikləri hava, su, qida hesabına irsi proqram dəyişkənliyinə məruz qalırlar. Tədricən bambaşqa şəraitə uyğunlaşmış, digər bölgələrin əhalisi ilə qaynayıb qarışmış yeni insantipləri formalaşır. Mövzunu daha aydın anlamaq üçün digər bir çox canlılar kimi, insanın da soykökü barədə məlumatların daşıyıcısı olan gen haqqında qısa məlumat verək.

Gen(Dezoksiribonuklein turşusu (DNT)) - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsiinformasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaqla DNT-yə sahibdir. DNT, genetik kod vasitəsilə nukletoidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiya daşıyıcısıdır. Reduplikasiya adlanan proses nəticəsində DNT özünün genetik olaraq tamamilə eynisi olan iki nüsxəsini yaradır, beləcə molekulda saxlanılan irsi informasiya yeni nəsillərə ötürülür.Canlıların iki əsas xassəsini — irsiyyət və dəyişkənliyi öyrənən elm sahəsi isə genetika adlanır.

Anlaşıqlı dillə desək, xalqın genofondu min illərlə müxtəlif tayfa və nəsillərin sağlam soyköklərinin-genlərinin vahid toplusudur. Teoloji baxımdan yanaşdıqda bəşəriyyəti bir gendən – Adəm əleyhissəlamdan törədən Allah insanları sınamaq üçün onları müxtəlif millətlərə ayırmışdır. İnsanın Yaradan qarşısında əsas borclarından biri də öz təbiiliyini, özəlliyini qoruyub saxlamaqdır.Bu günədək yalnız bəzi millətlər öz genetik təmizliyni xeyli şəkildə qoruya bilmişdir. Bəzən bu özünü qoruma cəhdləri faşizm,sionizm, ermənizm kimi irqçi cərəyanların yaranmasına, bir millətin özünü digərlərindən üstün sanaraq onları zülmə məruz qoymasına səbəb olmuşdur.

Erməni işğal və soyqırımlarının genofondumuza zərbələri ciddi təhlil olunmayıb...

Təəssüf ki, Azərbaycanda insan genetikası və milli genofond ətrafında ciddi və geniş tədqiqatlar aparılmamışdır. Ən azı, “Ermənistan”dan soydaşlarımızın deportasiyası və son Qarabağ savaşı dönəmindəki fiziki soyqırım və məcburi köçkünlüyün soykökümüzə vurduğu zərbələri elmi baxımdan ciddi tədqiq etmək mümkün idi. Nə yazıqlar ki, araşdırmalarımız zamanı bu mövzuda genetika mütəxəssislərimiz tərəfindən nəinki bir elmi əsər, hətta sanballı bir məqalə də yazılmadığını müəyyən etdik. Istər internet saytlarında, istərsə də Milli Kitabxanadakı axtarışlarımız bir fayda vermədi. Kitabxanada milli genofondumuzdan bəhs edən əsər kimi yalnız keçmiş SSRİ DTK-nın polkovniki, araşdırmaçı politoloq Rövşən Novruzoğlunun “XXI əsr... Dünyanın sonu... Azərbaycandan baxış...“ 5 cildlik əsərini tapa bildik. Müəllifin özü ilə görüşdükdə məlum oldu ki,onun “Qarabağ: “Eçmiədzin”in məxfi qrifi altında” ktabında ayrıca işğal altındakı bölgələrimizin genetik mənzərəsi təsvir edilir və erməni işğalı nəticəsində Azərbaycan xalqının genofonduna vurulmuş zərbələr müxtəlif aspektlərdən təhlil olunur. Əsəri diqqətlə oxuduqda aydın olur ki, Qarabağın işğalı və onun tezliklə azad edilməməsi yalnız ermənilərin, onları birbaşa himayə edən keçmiş SSRİ və indiki Rusiyanın deyil, “sivil”, “demokratik” adlandırdığımız ABŞ, Fransa, Almaniya və s. kimi ölkələrin də maraqlarına uyğundur.
Dünya gücləri Qarabağın genlərindən niyə qorxur?..

R.Novruzoğlunun araşdırmalarından o da bəlli olur ki, dünya Azərbaycan xalqının və xüsusən Qarabağ sakinlərinin genindən qorxurmuş... Qərb alimləri bizdən xəbərsiz genefondumuzu təhlil etməklə dünyadakı siyasi-iqtisadi prosesləri idarə etməyə çalışan gücləri belə, həyəcanlandıracaq nəticəyə gəlmişlər. R.Novruzoğlu keçmiş SSRİ-nin müxtəlif məxfi arxivlərindən əldə etdiyi məlumatlar barədə danışdıqca torpaqlarımızın işğalının genimizlə bağlı bu günədək çoxumuzun bulmədiyi məqamlar açıqlanır: “1936-cı ildə Almaniyadan Bakıya tədqiqat qrupu gəlir.Bu qrupun rəsmi sənədlərdə keçən işi Azərbaycanda şifahi xalq ədəbiyyatını araşdırmaq, tədqiq edib öyrənmək idi. Əslində isə şifahi xalq ədəbiyyatında təsvir olunan milli qürur, qəhrəmanlıq, şücaət, mərdlik, mübarizlik, dürüstlük, təmizlik, xeyirxahlıq, torpaq və vətən sevgisi kimi komponenetlər alman genetiklərini çox maraqlandırırdı.Onlar Azərbaycanda olan general Şıxlinskinin, Mehmandarovun, Əliyevin, Şadlinskinin genini daşıyan qan qrupları və nəsilləri ilə maraqlanırdılar. Özü də bunlar kitablarda deyil, birbaşa xalqın arasındakı qanlarda axtarılırdı. Həmin il azərbaycanlı həkimNamazəliyevin başçılığı ilə alman ekspedisiyası Laçın-Kəlbəcər istiqamətində dağətəyi rayonların tədqiqinə başladı. İlk nəticələr uğurlu olduğundan tədqiqatçılar Azərbaycanın müxtəlif cəhətləri üzrə qruplara bölündü. I qrupa Laçın-Kəlbəcər, II qrupa Ağdam, Şuşa,III qrupa Lerik-Lənkəran, IV qrupa isə Şəki-Zaqatala-Gəncə daxil edilir. Hər qrupda 6 nəfər yerli həkim və bələdçi, iki nəfər də alman həkimi olur. Bu ekspedisiyanın təşkil edildiyi vaxtda Hitler ordusunun döyüş qabiliyyəti, vətənpərvərlik hisləri və əhvali-ruhiyyəsi aşağı vəziyyətdə idi. Odur ki, bu ekspedisiyaların qarşısına mühüm bir vəzifə qoyulmuşdu: güclü immunitet yarada biləcək vaksinlərin və dərman preparatlarının axtarılıb tapılması. Çünki alman millətinə Koroğlunun, Qaçaq Nəbinin mübarizliyini, igidliyini, vətən sevgisini özündə cəmləyən Qafqaz xalqlarının, o cümlədən Azərbaycan miillətinin genini aşılamaq lazım idi.

“Bu genləri daşıyan millət dünyanı məğlub edə bilər”

Bu ekspedisiyanın təşkilatçılarından və bilavasitə iştirakçılarından olan əslən yunan, lakin sonralar Almaniya vətəndaşlığı almış Fransua Melli Alman Silahlı Qüvvələrinin Baş Qərargahına (SQBG) göndərdiyi birinci arayışında aşağıdakıları qeyd edir:

“Qafqazda döyüşkən millət, fikrimizcə, Azərbaycan millətidir(onlara “türk” də deyirlər). Bu millətin ayrı-ayrı qruplarının hər birinin özünəməxsus geni var. Bu genləri daşıyan bir nəsil, yaxud bir millət dünyanı məğlub edə bilər. Genlərdə araşdırdığımız nəticələrə gəlincə, vücudlarında bu genləri, bu təmiz qan qrupunu saxlayan insanların boyu, dözüm qabiliyyəti, düşüncə və məntiq tərzləri, döyüşkən əhvali-ruhiyyəsi, məğlubedilməzliyi, vətən və millət sevgisi torpağa bağlılığı və s. digər Qafqaz xalqlarındakından fərqlidir. Onları öyrənmək, öyrənmək, yenə öyrənmək lazımdır.Bir ekspedisiya azdır...

Azərbaycanda aparılmış tədqiqatların nəticəsi olaraq Almaniya SQ Baş qərargahı maraqlı bir diaqram cızır və maraqlıdır ki, orada ilk olaraq məhz işğal altındakı bölgələrimizin adı çəkilir:

“Kəlbəcər-Laçın qrupu üzrə elmi-tibbi araşdırmalarımızın nəticələri bunlardır:”Buradakı insan genlərini iki qrupa böldük. A qrupuna mənsub olanlar daha qədim genlərdir. Onlar dağ bəbirlərinə bənzəyirlər. İti baxışları var. Hər cür xəstəliyə davamlı və dözümlü olurlar. Döyüşkənlik və mərdlik, doğru-dürüstlük, torpağa bağlılıq bu qrupun genlərində daha möhkəmdir. Belə genləri gəzdirən nəsillərin bir neçəsi arasında möhkəm qohumluq əlaqəsi var. Onarı nəyəsə cəlb edib aldatmaq, məqsəd və məramlarından döndərmək çətindir. Bu qrupa mənsub olan genlər Laçının cənub və şərq hissəsində, Kəlbəcərin isə şimal hissəsində daha çoxdur... B qrupuna məxsus olan genlərAqrupuna nisbətən daha cavan vəimmunitet baxımından zəifdir. B qruplu genlərin qarışıq tərkibi A qrupuna nisbətən iki dəfə artıqdır.

Ağdam-Şuşa qrupuna məxsus genlərin isə xəstəliklərə dözüm immuniteti kövrəkdir. Bu genlərin sahibi heç nədən qorxmur. Onlar az aldanır, tez inanır və tez də qəzəblənirlər. Cəsur və əyilməzdilər. Əgər bu millətin belə genləri ölərsə, gələcəkdə Qafqazda Azərbaycan millətinin bir etnik qrup kimi məhv olması labüddür”...

Azərbaycanın ən böyük silahı nədir?

R.Novruzoğlunun sözlərinə görə, Laçın və Kəlbəcərdə genetik təhqiqat aparan “Millətlərin ölüm tarixi” kitabının müəllifi Yulian Fişer yazır:”Fikrimcə qanı təmiz millət yer üzündə gəldi-gedər olmur. Təmiz və sağlam qan, güclü və dözümlü gen mənsub olduğu millətin ən güclü və böyük silahıdır. Bu silahın sahibini nə məğlub etmək olar, nə də sındırmaq. Belə olarsa, həmin sağlam qana və genə mənsub millətlərin özlərini qalib saymaq haqları çatır. Məhz bütün bunları Azərbaycanda gördüm...”

Almaniyanın baş hərbi qurumunun arayışında daha sonra yazılır:“Elə bir vaxt və zaman gələcək ki, bu regionda bütün sindromlar bir-birinə qarışacaq. Süni şəraitdə yetişdirilən genlər özlərinin mübariz qəhrəmanlıq və döyüşkən əhvali-ruhiyyəsini əks etdirən biganə qalacaq və zaman keçdikcə onlar öz məkanlarını unudub yaddan çıxaracaqlar. Bu gedişi biz görürük...”

Göründüyü kimi, alman tədqiqatçılarının öncəgörənliyi özünü doğruldur. Qarabağın işğalından ötən hər il o yurdları xatırlayan, o ocaqlara can atan, neçə insanın, bəlkə də neçə nəslin, neçə genin sonu deməkdir. Artıq yeni yaşayış terlərindəki şəraitə uyğunlaşanlar arasında isə qeyri-iradi öz ata-baba məkanlarını unudanlar da xeylidir...

-İşğal zamanı və sonra Laçında və digər bölgələrdə neçə nəslin kökü tamamilə kəsilib?

-Qərbin xüsusi qurumları çadır, qazma və yataqxanalarda yaşamış qaçqınlar üzərində hansı gizli ekpserimentlər aparıblar?

-Heydər Əliyev Prezident yanında Xüsusi İdarənin mərhum rəisi Şəmsi Rəhimova Azərbaycanın genetik xəritəsini hazırlayan idarə əməkdaşı Rövşən Vəlizadə(Novruzoğlu) barədə hansı tapşırığı verib?

Fia.Az

Oxunub: 201





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69