Azərbaycanda nazir oğlu Türkiyədən it alıb: 10 hektar ərazidə saxlayır (FOTOLAR)

 10 hektar ərazidə saxlayır
Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlu dünyada “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb

FİA.AZ Minval.info-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasında yazılıb. Belə ki, iri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.

İt fermasının sahibi Birol Başyiğit buranı 8 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal sevgisi onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib. Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir.

Birol Başyiğit bildirib ki, poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir və onların arasında bizə tanış olan biri də var: “Dünya şöhrətli mərakeşlı idmançı, K-1 döyüşçüsü, “Qızıl oğlan” ləqəbli Badr Hari, dünya kinq-boks çempionlarından Badr Hari, rus qaydasız döyüş ustası, 4 qat MMA çempionu Fedor Emelianenko və Azərbaycan maliyyə nazirinin oğlu poyrazın balalarını bizdən alıblar. Türk çoban itləri bütün dünyaya səs salıb. Bu itlərdə sahibinin istədiyi bütün özəlliklər var, yeni trend bu itlərdir”.
 10 hektar ərazidə saxlayır
 10 hektar ərazidə saxlayır
 10 hektar ərazidə saxlayır

Fia.Az

Oxunub: 275





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69